Bakıda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 20 milyard manat olub


Digərləri 06 Avq 2018 21:15:00 256 0

Bakıda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 20 milyard manat olub

2018-ci ilin yanvar-iyun aylarında Bakıda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz artaraq 20,5 milyard manat təşkil edib.

Son.az Trend-ə istinadən bildirir ki, sənaye məhsulunun 82,5 faizi mədənçıxarma, 15,5 faizi emal, 1,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 84,4 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 89,6 faiz, xidmətlərin göstərilməsi isə 10,4 faiz təşkil edib. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 iyul 2018-ci il vəziyyətinə 218,6 milyon manatlıq hazır məhsul ehtiyatı olub.