Dan İanku Tovuzun Ermənistanla sərhəd kəndində olub


Digərləri 06 Avq 2018 20:55:00 255 0

Dan İanku Tovuzun Ermənistanla sərhəd kəndində olub

Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku Tovuzun Ermənistanla sərhəd Ağdam kəndində olub.

Son.az bildirir ki, millət vəkili, Azərbaycan-Rumıniya parlamentlərarası dostluq qrupunun üzvü Qənirə Paşayevanın dəvəti ilə baş tutan səfər zamanı millət vəkili Ermənistanın vandalizm aktları, hətta atəşkəs dövründə belə mülkü insanlara qarşı əl atdıqları qeyri-insani əməllər barədə məlumatlar verib.

Q.Paşayeva mütəmadi olaraq Ermənistan hərbi birləşmələrinin əkin sahələrində, həyətində işləyən və ya yolda gedən mülki əhalini, eləcə də qadın və uşaqları, yaşlıları hədəf götürməsi, evləri atəşə tutması, yay aylarında kəndə gələn suyun qarşısını kəsməsi barədə məlumat verib.

Ölkəsinin Azərbaycanın ərazi bütövlüyü dəstəklədiyini deyən səfir Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasını dilədiklərini bildirib.