Rafiq Hüseynovun qızı ali məktəb tələbəsi oldu


Digərləri 06 Avq 2018 20:28:00 307 0

Rafiq Hüseynovun qızı ali məktəb tələbəsi oldu

"Leyli artıq tələbə adını qazanıb. Rəssamlıq Akademiyasının Qrafika fakultəsinə qəbul olunub. Bu fakultədə oxumaq hamımızın arzusu idi". 

Son.az xəbər verir ki, bunu modern.az saytına açıqlamasında Azərbaycanın xalq artisti, mərhum diktor Rafiq Hüseynovun xanımı Səbinə Hüseynova övladının tələbə adını qazanmasına münasibət bildirərkən deyib.

Səbinə Hüseynova bildirib ki, Leylinin bu peşəni seçməsi atasının çoxdankı arzusu idi.

"Rafiq sağlığında Leylini rəssam görmək arzusunda idi. Hətta  sağlığında zamanı tələsdirirdi ki, Leylini rəssam görə bilsin. Həmişə deyirdi ki, "Leyli bircə tez böyüsəydi, onu rəssam görərdim". Təəssüf ki, həyat biz istədiyimiz kimi olmur. Bu da bir qismətdir. Şükürlər olsun ki, Leyli atasının arzusunu gerçək edə bildi".

Mərhum diktorun xanımı qızının gələcək planlarından da söz açıb.


Xəbərə aid foto