Nağılbazın keçmiş həyat yoldaşı: "İstəyirlər, özümü öldürüm, uşaqlar yetim qalsın?" FOTO


Şou-biznes 06 Avq 2018 19:59:00 358 0

Nağılbazın keçmiş həyat yoldaşı: "İstəyirlər, özümü öldürüm, uşaqlar yetim qalsın?"  FOTO

Son.az mərhum reper Anar Nağılbazın intim videosunu yaymaqda ittiham olunan eks-arvadı Anjelika Cəbiyevanın oxu.az-a müsahibəsini təqdim edir.

- Haqqınızda olan iddialar səngimək bilmir, buna aydınlıq gətirməyinizi istərdik...

- Övladlarım nənəsigildə idi, onlara atalarının ölümü barədə məlumat verməmişəm. Müsahibə vermək də istəmirəm. Övladlarımın üzünə baxıram, onlara açıqlama verə bilmirəm. Nə iddia edirlərsə, etsinlər. 

Bunu hamı yaxşı bilir ki, Anar mənimlə evlənməmişdən öncə xəstə olub. Mənim üstümə yıxmaqla nə əldə edirlər? Qaraciyərini mən partlatmamışam, mədə xorasını mən yaratmamışam. Əksinə, müalicə etdirmişəm. Bunu hamı yaxşı bilir, həkimlər də yaxşı bilir. 

Qalan nələr olubsa, hamının həyatında problem olur. Boşanan adam boşanır, evlənən də evlənir. Evlənib xoşbəxt olmuşdusa, niyə bu insanı mən öldürəsi oldum? Xoşbəxt olan adam mənə görə ölməməlidir.

Ölənin arxasınca danışmazlar, istəyirəm, bu söz-söhbət yığışdırılsın. Geridə ondan yadigar iki övlad var. Tamerlan və Şərqiyyə onun yadigarıdır. Həmişə o tərəf düşünməsə də, mən uşaqlarımı düşünmüşəm.

- Nağılbazın son zamanlar ağır stress keçirməsinin səbəbini sizinlə əlaqələndirirlər. İddia olunur ki, onun intim videosunu siz yaymısınız...

- Həmin videonu mən yaymamışam. Etsəydim, altı il öncə edərdim. Elə həmin vaxt da boşanardım. Əlimdə sübut da var idi. Övladlarım başıaşağı olmasın deyə etməmişəm. İstəmirəm, daha bir zərbə alsınlar. Həmişə atalarını çox istəyiblər.

Onların yanında heç vaxt atalarını pisləməmişəm. Nə qədər də olsa, övladlarımın atası olub. Allah rəhmət eləsin. Haqq dünyasına qovuşub. Allah günahlarını bağışlasın.

- Başqa bir iddia var ki, həmin video iki  il öncə sizin əlinizə Nağılbazın kompüterindən keçib və video vasitəsilə onu şantaj edərək pul və ev istəmisiniz...

- Altı il öncə ikinci övladım dünyaya gəlməmişdən bir ay əvvəl həmin video əlimə keçib. Videonu görəndən sonra övladımı itirmək qorxusu ilə xəstəxanada yatmışam. Mən ki bağışlamışam...

- Deyirlər ki, sizin əlinizdə ikinci bir video da olub. Keçmiş həyat yoldaşınız o videonun yayılmasından qorxub. Hər iki videodakı xanımın isə sizin bacınızın qonşusu olduğu deyilir...

- Bu, söz-söhbət boşdur. Vallah, yalandır. Mən yadigar iki balanın anasıyam, belə iddialar səsləndirmək ayıbdır. Nə istəyirlər? Məqsədləri nədir?

Bu iddialar heç bir məntiqə uymur. Çəkirəmsə, dərman verirəmsə, özümü biabır etməliyəm? Məni təhqir edib. Anara mən demişəm "dərman"lı ol, məni təhqir et? Səhvi olub. Heç kim sabahdan sığortalanmayıb.

Mən indi bayıra çıxaram, məni maşın da vura bilər, ölə də bilərəm. İki balam var, onları böyütməliyəm. Atasız qalıblar, yetimdirlər. Üstlərində yetim damğası var. İmkan versinlər, iki balamı böyüdüm. Uşaqları ataları ilə vidalaşmağa qoymadılar. Bəsdirin!


Xəbərə aid foto