DMX-nin qanunsuz miqrantların saxlanma mərkəzində monitorinq keçirilib


Digərləri 06 Avq 2018 19:36:00 270 0

DMX-nin qanunsuz miqrantların saxlanma mərkəzində monitorinq keçirilib

İşgəncələr Əleyhinə Azərbaycan Komitəsi Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrantların saxlanma mərkəzində monitorinq keçirib.

Bakı. Samir Əli - İşgəncələr Əleyhinə Azərbaycan Komitəsi Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrantların saxlanma mərkəzində monitorinq keçirib. Bu barədə Trend-ə komitənin sədr müavini Elçin Şirinov məlumat verib. E.Şirinovun sözlərinə görə, monitorinq zamanı saxlanma yerində 81 nəfərlə görüşüblər: "Komitə sədri Tural Hüseynov, mən, hüquqşünaslar Qartal Hüseynov və Rövşən Məmmədov saxlanma yerində monitorinq keçirdik. Saxlanma yerində olan 81 nəfər qanunsuz miqrantın əksəriyyəti Pakistan və Hindistan vətəndaşları idi. Qalanları isə Qazaxıstan, Özbəkistsn, Türküstan və Gürcüstan vətəndaşları idi. Monitorinq zamanı onların saxlanma şəraitləri ilə tanış olduq. Saxlanma şəraitləri yüksək səviyyədədir. Normal insan yaşayışı üçün bütün şərait yaradılıb".