TANAP layihəsinin ikinci fazasının tikintisinin yekunlaşacağı tarix açıqlandı


Digərləri 06 Avq 2018 19:04:00 311 0

TANAP layihəsinin ikinci fazasının tikintisinin yekunlaşacağı tarix açıqlandı

Trans-Anadolu (TANAP) təbii qaz boru kəməri layihəsinin ikinci fazası üzrə işləri 2019-cu ilin iyununda bitirmək planlaşdırılır.

Son.az bildirir ki, bu barədə  Trend-ə "SOCAR Turkey Enerji" şirkətindən bildiriblər.

Şirkətdən bidirilib ki, TANAP-ın ikinci fazası üzrə işlərin 85 faizi başa çatıb.

Boru kəməri 2019-cu ilin iyununda Yunanıstan sərhədinə çatacaq. Sınaq işlərindən sonra gələn ilin sonunadək Yunanıstana təbii qaz nəql ediləcək.