Dünyanın ən iyrənc qoxuları açıqlandı


Digərləri 06 Avq 2018 18:25:00 282 0

Dünyanın ən iyrənc qoxuları açıqlandı

Nüfuzlu "Science Alert" jurnalı bu yaxınlarda başa çatmış tədqiqatların nəticələrinə əsaslanaraq düynanın ən iyrənc qoxularının siyahısını açıqlayıb.

Milli.Ax bildirir ki, ən pis qoxuların mənbələrinin siyahısında Uran planeti, durian meyvəsi, "Rafflesia arnoldii", "Vye Bulon", qədimlərdən qalmış nəcislər və 4 barmaqlı "Tamandua tetradactyla" qarışqayeyəni var.

Uranın atmosferinin yuxarı qatlarında kükürd-hidroksid, ammonium, metan və karbon qazı var. Ammonium-nitrat planetin səthində murdar qoxu verən buludlar yaradır. Kükürd-hidroksid isə lax yumurta iyi verir.

Durian kimi tanınan "Durio zibethinus" meyvəsinin pis qoxusu etil-(2S)-metilbutanoatla etilsulfanil-etantiolun qarışığı nəticəsində yaranır.

Birinci maddə çürümüh meyvə, ikincisi isə soğan iyi verir. Nəticədə durian meyvəsi yuyulmamış corab, kanalizasiya suyu və çürümüş ət qoxusunun qarışığı olan iy verir.


Xəbərə aid fotolar