Bütün dövrlərin klassik trendi


Digərləri 06 Avq 2018 18:04:00 791 0

Bütün dövrlərin klassik trendi

Dünya şöhrətli pop ulduzu Cennifer Lopez hər dəfə geyimləri və üslubu ilə modaprəstləri ilhamlandırır.

Son.az xəbər verir ki, bir neçə gün əvvəl "Versace"dən olan cins çəkmələri və ağ, bol kəsimli köynəyi ilə tənqid hədəfi olan ulduz Nyu-York küçələrində görüntülənib. Ceylo bu dəfə ağ şalvarı və güllü köynəyi ilə diqqət çəkib. Cins çəkmələrindən fərqli olaraq ifaçının klassik stili çox bəyənilib.

Yeri gəlmişkən, güllü donlar, ətəklər, köynəklər, hətta üzərində gül printləri olan şalvarlar yayın əsas trenidir. Dizaynerlər yayın al-əlvan çiçəklərini geyimlərin üzərinə köçürməyə qərar verib. Odur ki, mövsüm bitməmiş bütün dövrlərdə aktual olan güllü köynək dəbinə ayaq uydurmağa tələsin. Şifon və ya ipək kimi yüngül parçalardan tikilən güllü köynəklər cinslərlə və təkrəng şalvarlarla əla görünür. (publika.az)