Şagirdlər üçün Yay məktəbi sona çatıb (FOTO)


Digərləri 06 Avq 2018 17:30:00 285 0

Şagirdlər üçün Yay məktəbi sona çatıb (FOTO)

ADA Universiteti və “Təmiz Şəhər” ASC-nin birgə təşkil etdiyi Yay məktəbinin bağlanış mərasimi keçirilib.

Bakı. ADA Universiteti və “Təmiz Şəhər” ASC-nin birgə təşkil etdiyi Yay məktəbinin bağlanış mərasimi keçirilib. “Təmiz Şəhər” ASC-dən Trend-ə verilən məlumata görə, bir ay davam edən yay məktəbində şagirdlərə tullantıların ətraf mühitə vurduğu ziyan, qida tullantılarının azaldılması, təkrar emal, ekoloji layihələrin idarə olunması, tullantılardan alternativ enerjinin əldə edilməsi və s. barədə ətraflı məlumat verilib, müxtəlif mövzularda mühazirələr oxunub. Yay məktəbinin iştirakçıları həmçinin, təkrar emal müəssisələrində olub, onlar üçün müxtəlif intellektual oyunlar və ustad dərsləri təşkil təşkil edilib. Yay məktəbi çərçivəsində Böyükşor Parkında piknik festivalı təşkil olunub.