71 nömrəli marşrut xəttinin hərəkətində dəyişiklik edilib


Digərləri 06 Avq 2018 17:33:00 254 0

71 nömrəli marşrut xəttinin hərəkətində dəyişiklik edilib

Dəyişiklik təmir işləri yekunlaşanadək qüvvədə olacaq.

Bakı. Sabahdan Bakı Metropoliteninin “Bakmil” stansiyasının müvəqqəti təmirə bağlanması ilə əlaqədar metropoliten işçilərinin və ətraf ərazidə yaşayan əhalinin ictimai nəqliyyatdan istifadəsini təmin etmək məqsədi ilə 71 nömrəli müntəzəm marşrut xətti ( “Azadlıq prospekti” metrostansiyası – “Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzi) üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib. Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, dəyişikliyə əsasən, 71 nömrəli marşrut xətti üzrə avtobuslar Ziya Bünyadov prospektindən keçib Ələsgər Qayıbov küçəsinə daxil olmaqla yenidən Z.Bünyadov prospektinə çıxaraq yoluna davam edəcək.