Pentaqon sualtı dronların hazırlanmasına 800 milyon dollar ayırdı


Dünya 06 Avq 2018 17:21:00 235 0

Pentaqon sualtı dronların hazırlanmasına 800 milyon dollar ayırdı

ABŞ-ın Müdafiə Nazirliyi pilotsuz sualtı dronların hazırlanması məqsədilə 800 milyon dollar dəyərində müqavilələr imzalayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, sualtı aparatların hazırlanması üçün nəzərdə tutulan vəsait 23 müxtəlif şirkətə təqdim olunacaq.

Müqavilə çərçivəsində həmin şirkətlər dronların hazırlanması və texniki baxışı, avadanlıqların alınması və xidmətlərin göstərilməsi ilə məşğul olacaq.