Mayis Musayevə yeni vəzifə verildi "Fəaliyyətimi tam fərqli sahədə davam etdirəcəyəm"


Digərləri 06 Avq 2018 17:11:00 224 0

Mayis Musayevə yeni vəzifə verildi  "Fəaliyyətimi tam fərqli sahədə davam etdirəcəyəm"

Azərbaycan Güləş Federasiyasının (AGF) Mətbuat xidmətinin rəhbəri, jurnalistlərin yaxın dostu Mayis Musayev idman sahəsindən uzaqlaşıb. 

Son.az xəbər verir ki, o, artıq Azərbaycan Güləş Federasiyasının (AGF) Mətbuat xidmətinin rəhbəri vəzifəsindən istefa verib. M.Musayev bu gündən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Dövlət Aqrar Ticarət Şirkəti" MMC-nin İnformasiya və ictimaiyyətlə bölməsinin rəhbəri təyin edilib.

Məlumatı M.Musayevin özü də Son.az-a təsdiqləyib: "Bu gündən fəaliyyətimi tam fərqli sahədə davam etdirəcəyəm və dövlətimimizə yeni vəzifədə xidmət edəcəyəm. Çalışacam bundan sonra da işimi yüksək səviyyədə yerinə yetirim, jurnalistlərin ən yaxın dostu olum".