Ölkədə nə qədər taxıl yığılıb?


Digərləri 06 Avq 2018 17:05:00 237 0

Ölkədə nə qədər taxıl yığılıb?

Kənd Təsərrüfatı Nazirliyindən Son.az-a bildiriblər ki, 5 avqust 2018-ci il tarixinə olan məlumata əsasən respublikanın rayonlarında 1007,8 min hektar sahədə taxıl biçini aparılıb. Bunun 672,1 min hektarı buğda, 335,7 min hektarı arpa sahələridir.

Hazırki məlumatlara əsasən buğdanın orta məhsuldarlığı 30,1 s/ha, arpanınkı isə 27,6 s/ha təşkil edir.

Arpa biçininin 99,7%-i, buğda biçininin isə 99,1%-i yerinə yetirilib.