Dmitri Yablonski: "Qəbələ festivalı Heydər Əliyev Fondunun çox möhtəşəm layihəsidir"


Kriminal 06 Avq 2018 16:43:00 264 0

Dmitri Yablonski: "Qəbələ festivalı Heydər Əliyev Fondunun çox möhtəşəm layihəsidir"

Qəbələ Beynəlxalq Musiqi Festivalı barədə fikirlərimi, təəssüratlarımı bir neçə cümlə ilə ifadə etmək çox çətindir. Təkcə onu qeyd edim ki, bu festival dünyada keçirilən festivallar içərisində öz yüksək təşkilatçılığı və səviyyəsi baxımından ön cərgələrdə yer alır. Ənənəvi olaraq hər il keçirilən bu festivalda dünyanın ən məşhur musiqi kollektivləri, kamera və simfonik orkestrlər, dünya şöhrətli ifaçılar, dirijorlar iştirak edirlər. Festivaldan festivala konsertlərin sayı da artır. Gün ərzində iki-üç konsert təşkil olunur. Bu festival Heydər Əliyev Fondunun ən möhtəşəm layihələrindən biridir, çox gözəl musiqi bayramıdır. Mən bu möhtəşəm musiqi layihəsini dəstəklədiyinə görə Fondun prezidenti, birinci xanım Mehriban Əliyevaya dərin təşəkkürümü bildirirəm.

Son.az bildirir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində X Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri, İsrailin Yerusəlim Simfonik Orkestrinin dirijoru, dünya şöhrətli violonçel ifaçısı Dmitri Yablonski deyib.

Dirijorluq etdiyi orkestrin Qəbələ festivalında artıq ikinci dəfədir iştirak etdiyini vurğulayan musiqiçi Azərbaycan ilə İsrail arasında dostluq əlaqələrinin mədəniyyət və incəsənət sahəsində də yüksək səviyyədə olduğunu və buna çox sevindiyini bildirib.