Azərbaycanda bir avtomobilin qayda pozuntusu digərinə yazıldı


Digərləri 06 Avq 2018 16:32:00 292 0

Azərbaycanda bir avtomobilin qayda pozuntusu digərinə yazıldı

Azərbaycanda bir avtomobilin qayda pozuntusu digərinə yazıldı.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə Ələt-Astara-İran sərhədi avtomobil yolunun 189-cu kilometrliyində baş verib.

Belə ki, sürət həddi 60 km/saat olan yolda 110 km/saatla hərəkət edən YPX avtomobilinin əvəzinə radara yolun sağ tərəfində baqajı açıq şəkildə dayanan 90-BO-370 dövlət qeydiyyat nişanlı "Mercedes 190" markalı avtomobil düşüb və cərimə bu avtomobilə tərtib olunub.

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov məsələ ilə bağlı Trend-ə bildirib ki, belə texniki səhvlər çox nadir hallarda baş verir: