96 karxana ilə bağlı Baş Prokurorluqda cinayət işi başlanıb


Digərləri 06 Avq 2018 16:25:00 289 0

96 karxana ilə bağlı Baş Prokurorluqda cinayət işi başlanıb

Ekoloji cinayətlərə qarşı kəsərli mübarizə tədbirləri davam etdirilir

Bakı. 96 karxana ilə bağlı Baş Prokurorluqda 8 cinayət işi başlanıb. Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi, milli parkların təşkili və ekoloji şəbəkənin yaradılması istiqamətində mühüm işlər görülür. Lakin bununla belə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsini həyata keçirən qurumları tərəfindən aşkar olunmaqla ekoloji qanun pozuntularına yol vermiş hüquqi və fiziki şəxslərə qarşı ən ciddi tədbirlər davam etdirilir. Məlumat verildiyi kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən respublikanın ayrı-ayrı rayonlarında yerləşən qum-çınqıl yataqlarında karxanaların fəaliyyətinin monitorinq nəticəsində bəzi dövlət orqanları və sahibkarlıq subyektləri tərəfindən yer təkinin qorunması, xüsusən çay yataqlarının istifadəsi sahəsində qanunvericiliklə müəyyən edilmiş qaydalar və lisenziyalaşdırma şərtlərinin kobud surətdə pozulması, bunun nəticəsində ətraf mühitə, infrastruktur obyektlərinə, su təchizatı şəbəkələrinə, hidrotexniki qurğulara və sahil bərkitmə bəndlərinə ciddi təhlükənin yaranması, çay məcralarının kəskin eroziyaya məruz qalması müəyyən edilmişdir.