Qarabağ-ın sabiq futbolçusu Sumqayıt-da


İdman 06 Avq 2018 16:11:00 219 0

Qarabağ-ın sabiq futbolçusu Sumqayıt-da

2018/2019 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçunu heyətinə cəlb edib.Goal.az xəbər verir ki, son mövsümü “Qarabağ"da keçirmiş sağ cinah müdafiəçisi Arif Daşdəmirov “kimyaçılar”la bir illik müqaviləyə imza atıb. Daşdəmirov "Sumqayıt"da 21 nömrəli formada çıxış edəcək.

Daşdəmirov karyerası ərzində “Qarabağ”dan (15 oyun) başqa, “Şahdağ” (19 oyun, 2 qol), “MKT Araz” (22 oyun, 2 qol), “Masallı” (20 oyun, 1 qol), AZAL (10 oyun), “Standard” (16 oyun), “Qəbələ” (48 oyun, 1 qol) və “İnter”in (139 oyun, 9 qol) uğurları üçün çalışıb. O, həmçinin 13 dəfə Azərbaycan millisinin formasını geyinib.