Bakıda əhali 6 aya 9 milyard manatdan çox pul xərcləyib


Digərləri 06 Avq 2018 16:02:00 247 0

Bakıda əhali 6 aya 9 milyard manatdan çox pul xərcləyib

2018-ci ilin yanvar-iyun aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2017-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 2,8 faiz artaraq 9 milyard 505,8 milyon manat olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,0 faiz artaraq 4 milyard 359,8 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,5 faiz artaraq 5 milyard 146,0 milyon manata bərabər olub.

İstehlak məhsullarının 23,2 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 63,6 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,2 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.