Azərbaycanda bir avtomobilin qayda pozuntusu digərinə yazıldı


Digərləri 06 Avq 2018 15:53:00 366 0

Azərbaycanda bir avtomobilin qayda pozuntusu digərinə yazıldı

Hadisə Ələt-Astara-İran yolunun 189-cu kilometrliyində baş verib.

Bakı. Ceyhun Ələkbərov - Azərbaycanda bir avtomobilin qayda pozuntusu digərinə yazıldı. Trend-in məlumatına görə, hadisə Ələt-Astara-İran sərhədi avtomobil yolunun 189-cu kilometrliyində baş verib. Belə ki, sürət həddi 60 km/saat olan yolda 110 km/saatla hərəkət edən YPX avtomobilinin əvəzinə radara yolun sağ tərəfində baqajı açıq şəkildə dayanan 90-BO-370 dövlət qeydiyyat nişanlı “Mercedes 190” markalı avtomobil düşüb və cərimə bu avtomobilə tərtib olunub. Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov məsələ ilə bağlı Trend-ə bildirib ki, belə texniki səhvlər çox nadir hallarda baş verir: