Bakının məşhur alışveriş mərkəzinə "bomba qoyan" şəxslə bağlı


Digərləri 06 Avq 2018 15:22:00 240 0

Bakının məşhur alışveriş mərkəzinə "bomba qoyan" şəxslə bağlı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "28 Mall" Ticarət Mərkəzindəki "Bazarstore" mağazasına bomba qoyması barədə yalan xəbər verməkdə təqsirləndirilən Rəvan Fətəliyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Son.az report-a istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, ibtidai istintaq dövründə R.Fətəliyev barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Məhkəmənin baxış iclası avqustun 10-na təyin edilib.