Yaponiya Rusiyaya etiraz notası göndərdi


Dünya 06 Avq 2018 15:28:00 253 0

Yaponiya Rusiyaya etiraz notası göndərdi

Yaponiya Rusiya hökumətinə etiraz notası göndərib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Nazirlər Kabinetinin Baş katibi Yosixide Suqa ənənəvi mətbuat konfransında bildirib.

O qeyd edib ki, etiraz notası Rusiya tərəfindən Su-35S qırıcılarının İturup adasında yerləşdirilməsi ilə bağlı göndərilib. Suqa bildirib ki, etiraz notası Moskvadakı Yaponiya səfirliyi vasitəsilə Rusiya XİN-ə təqdim olunub.