“Açıq qapı” günü keçiriləcək


Digərləri 06 Avq 2018 13:42:00 218 0

“Açıq qapı” günü keçiriləcək

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, avqustun 12-də bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı" günü, eləcə də təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi keçiriləcək.

Bu barədə Son.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olacaq, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkəcəklər.