Azərbaycanda balıq və fındıq müəssisələri özəlləşdirilir (FOTO)


Digərləri 06 Avq 2018 13:40:00 268 0

Azərbaycanda balıq və fındıq müəssisələri özəlləşdirilir (FOTO)

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 4 sentyabr tarixində növbəti hərrac reallaşacaq.

Bakı. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 4 sentyabr tarixində növbəti hərrac reallaşacaq. Komitədən Trend-ə verilən məlumata görə, ayın ilk hərracına ümumilikdə 76 dövlət əmlakı çıxarılıb. Bu əmlakların 17-si səhmdar cəmiyyəti, 32-si kiçik dövlət müəssisəsi, 24-ü qeyri-yaşayış sahəsi, 3-ü isə nəqliyyat vasitəsidir. Özəlləşməyə çıxarılan müxtəlif iqtisadi sahələrə aid səhmdar cəmiyyətləri Şirvan, Bərdə, Tərtər, Kürdəmir və digər bölgələrdə yerləşir. Say və qiymət baxımından fərqli səhm paketlərinin hərraca çıxarıldığı səhmdar cəmiyyətlərinə Tərtər Nəqliyyat, Zaqatala fındıq, Bərdə Kəndkimya kimi dövlət əmlakları aiddir.