Çində polis məntəqəsinə bıçaqla hücum


Dünya 06 Avq 2018 12:27:00 222 0

Çində polis məntəqəsinə bıçaqla hücum

Çinin cənub-qərbində Sıçuan vilayətində polis məntəqəsinə bıçaqlı hücum olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, hücum nəticəsində məntəqədə bir neçə polis əməkdaşı, eləcə də mülki şəxslərin yaralandığı bildirilir. Ağır yaralanan daha 2 polisin dünyasını dəyişdiyi deyilir.

Hücum edən şəxsin qətldə şübhəli bilindiyi qeyd olunur.

Həmin şəxs atəş nəticəsində zərərsizləşdirilib.