Portuqaliya od tutub yanır


Dünya 06 Avq 2018 12:11:00 287 0

Portuqaliya od tutub yanır

Son günlər havaların həddən ziyadə isti keçməsi Portuqaliyada genişmiqyaslı meşə yanğınlarına səbəb olub.

Son.az European-a istinadən bildirir ki, ölkənin cənubundakı Alqarvedə min hektarlarla ərazidə meşələr od tutub yanır. Yüzlərlə yanğınsöndürən, onlarla təyyarə və helikopter alovların öhdəsindən gələ bilmir.

Populyar Monşika kurortundan turistlər və yerli sakinlər təlxiyyə olunurlar.

İspaniya ilə sərhəddəki Evora bölgəsində də meşə yanğınları tüğyan edir. Evoradakı Eştremoş bələdiyyəsinə daxil olan San Bentu du Kortiusuda 6 nəfər yanğında xəsarət alıb. Onların iki nəfəri kritik vəziyyətdə paytaxt Lissabona apaprılıb.

Ötən il yaşanmış meşə yanğınlarında Portuqaliyada 112 nəfər həlak olmuşdu.

Hazırda Portuqaliyanın 20 bölgəsində meşələr yanır.