Daha bir strateji yol genişləndirililir


Digərləri 06 Avq 2018 12:03:00 221 0

Daha bir strateji yol genişləndirililir

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci km-lik (16 km) hissəsinin I b texniki dərəcəsinə uyğun olaraq 2 hərəkət zolağından 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrasına start verilib.

AAYDA-dan Son.az-a verilən məlumata görə, yenidənqurma işlərinin 2020-ci ilədək yekunlaşdırılması nəzərdə tutulub. Layihəyə uyğun olaraq Bakı-Şamaxı-Yevlax avtomobil yolunun sözügedən 16 km-lik hissəsi 4 hərəkət zolaqlı olacaq. Yol yatağının eni 27,5 m, yolun hərəkət hissəsinin eni 15 m, hərəkət zolaqlarının eni 3,75 m, ayrıcı zolağın eni 5 m, çiyinlərin eni isə 3,75 m təşkil edəcək.

Layihəyə uyğun olaraq hal-hazırda işçi cizgilərin hazırlanması, 5440 m hissədə bitki qatının çıxarılması, 4700 m hissədə torpaq yatağının tikintisi, 2270 m hissədə torpaq yatağının üst layının hamarlanması və səfərbərlik işləri yerinə yetirilib. Digər hissələrdə layihəyə uyğun torpaq işləri və yatağın tikintisi işləri davam etdirilir. Aparılan yenidənqurma işləri zamanı yolun hərəkət hissəsinin eni 7,5 m-dən 15 m-ə qədər genişləndirilir.

Magistralın bu hissəsində iki ədəd yeni avtomobil körpüsünün tikintisi nəzərdə tutulub. Körpülər yolun 107-ci km-də Acıdərə çayı və 104,5-ci km-də Pirsaatçay üzərindən salınacaq. Acıdərə çayı üzərində tikiləcək körpü 3 aşırımlı olmaqla 62,2 m, Pirsaatçay körpüsü isə 3 aşırımlı olmaqla 107,2 m uzunluğunda olacaq. Artıq Pirsaatçay körpüsünün inşasına başlanılıb və körpünün dayaqlarının betonlanması işləri yekunlaşdırılıb.


Xəbərə aid fotolar