Azərbaycan qazını Bolqarıstana nəql edəcək boru kəmərinin tikintisinə hazırlıq işləri başa çatmaq üzrədir


Digərləri 06 Avq 2018 12:05:00 256 0

Azərbaycan qazını Bolqarıstana nəql edəcək boru kəmərinin tikintisinə hazırlıq işləri başa çatmaq üzrədir

"Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) tikintisinə başlanması üçün hazırlıq işlərinin 80 faizdən çoxu başa çatıb".

Son.az xəbər verir ki, bunu Trend-ə özəl müsahibəsində layihənin operatoru "ICGB AD" şirkətinin icraçı direktoru Teodora Georgiyeva deyib.

Onun sözlərinə görə, layihə üzrə yekun investisiya qərarı 2015-ci ilin dekabrında qəbul edilmişdi: "Boru kəmərinin Bolqarıstan hissəsinin tikintisi üçün icazə alınıb. Yunanıstan hissəsinin tikintisinə icazə isə üçüncü tərəflərin boru kəmərinə çıxışı ilə bağlı müəyyən qaydaların qəbul olunmasından dərhal sonra alınacaq".

T.Georgiyeva qeyd edib ki, səhmdarlar və Avropa Komissiyası layihənin maliyyə modelini və biznes planını razılaşdırıblar: