BATE Qarabağ-la oyuna 20 futbolçu gətirir


İdman 06 Avq 2018 11:10:00 309 0

BATE Qarabağ-la oyuna 20 futbolçu gətirir

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Qarabağ-ın qonağı olacaq Belarusun BATE komandası Bakıya yola düşüb. Goal.az xəbər verir ki, baş məşqçi Aleksey Baqa Ağdam təmsilçisi ilə görüş üçün 20 futbolçunu heyətə daxil edib. Bunlardan 3-ü qapıçı, 7-i müdafiəçi, 6-sı yarımmüdafiəçi, 4-ü isə hücumçudur:

Qapıçılar: 30. Aleksey Çernıx, 35. Anton Çiçkan, 48. Denis Şerbitski

Müdafiəçilər: 4. Aleksandr Filipiviç, 5. Yevgeni Yablonski, 17. Aleksey Rios, 19. Nemanya Milunoviç, 21. Eqor Filipenko, 23. Zaxar Bolkov, 42. Maksim Volodko

Yarımmüdafiəçilər: 7. Yevgeni Beryozkin, 8. Stanislav Draqun, 10. Mirko İvaniç, 11. Aleksandr Qleb, 22. İqor Staseviç, 25. Dmitri Baqa

Hücumçular: 13. Nikolay Ciqneviç, 15. Maksim Skavış, 24. Yasse Tuominen, 45. Vladislav Mukamedov

Bu gün saat 18:30 Tofiq Bəhramov adına Respublika stadionunda A.Baqanın mətbuat konfransı təşkil ediləcək.

Qarabağ və BATE  arasında ilk matç avqustun 7-də Bakıda, cavab görüşü isə ayın 14-də Borisovda olacaq. Hər iki qarşılaşma saat 21:00-da başlayacaq.