Azərbaycandan külli miqdarda xarici valyutanın qanunsuz yolla aparılması cəhdinin qarşısı alınıb


Digərləri 06 Avq 2018 10:36:00 255 0

Azərbaycandan külli miqdarda xarici valyutanın qanunsuz yolla aparılması cəhdinin qarşısı alınıb

Azərbaycandan külli miqdarda xarici valyutanın qanunsuz yolla aparılması cəhdinin qarşısı alınıb

Bakı. Azərbaycandan külli miqdarda xarici valyutanın qanunsuz yolla aparılması cəhdinin qarşısı alınıb. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar. Bakı-İstanbul aviareysilə getmək istəyən Türkiyə Respublikası vətəndaşının çamadanı rentgen aparatıyla yoxlanılarkən monitorda şübhəli predmetlərin təsviri görünüb. Vətəndaş saxlanılıb və sorğu-sual olunub. O, üzərində və çamadanında gömrük orqanına bəyan edilməli hər hansı əşyanın olmadığını bildirib.