250dək müştəri qiymətli hədiyyələr qazandı


Digərləri 06 Avq 2018 10:28:00 265 0

250dək müştəri qiymətli hədiyyələr qazandı

Xəbər verdiyimiz kimi, Kapital Bank, BirKart müştəriləri üçün stimullaşdırıcı lotereya keçirir. 15 may - 15 sentyabr 2018-ci il tarixləri arasında partnyor mağazalar şəbəkəsində BirKart ilə taksit əməliyyatı edən müştərilər lotereyada iştirak edib, qiymətli hədiyyələr qazana bilərlər.

22 iyun və 23 iyul tarixlərində keçirilən tirajlar zamanı 200 müştəri 50 manat pul, 20 müştəri 300 manatlıq ölkə daxili səyahət sertifikatı və 2 nəfər iPhone X qazandı. Qaliblərin siyahısı saytda qeyd olunub - www.kapitalbank.az/news/milan-475. Aksiya 15 sentyabradək davam edir.

Şərtlərə görə hər taksit əməliyyatı bir şansa bərabərdir. Hər ayın 22-si tarixində keçiriləcək tiraj ərzində daha 100 nəfər 50 manat pul, 10 nəfər 300 manatlıq ölkə daxili səyahət sertifikatı və 1 nəfər iPhone X əldə edəcək. Son tiraj zamanı isə 1 nəfər Milana 2 nəfərlik səyahət və 2 000 manat qazanacaq.