3 aylıq cəhənnəm: seks köləliyinə düşmüş


Digərləri 06 Avq 2018 10:02:00 290 0

3 aylıq cəhənnəm: seks köləliyinə düşmüş

Anası ilə dalaşandan sonra evdən qaçan qız insan alveri ilə məşğul olan mütəşəkkil cinayətkar qrupun əlinə keçmişdi.

Son.az ABC-yə istinadən bildirir ki, ABŞ-ın Sakramento şəhərinin sakini, 16 yaşlı Kristall Allen anası Steysi ilə mübahisə edəndən sonra evdən qaçmışdı. O, kafedə oturarkən orta yaşlı kişi qızın halını soruşur, sonra da "Qalmağa yerin yoxdursa, gedək bizə, qızlarımla gecələyərsən" deyir.

Kristall bu insana inanır və səhv edir. Çünki həmin adam qızı evə yox, bordelə aparır və qadınları fahişəliyə zorla vadar edən sutenyorlara satır.

Kristall Allen silahlı şəxslər və mühafizə itlərinin qoruduğu evdə 3 ay qalmalı olur. Həmin müddətdə onu tez-tez döyür, əl-qolunu bağlayıb yerə yıxır və təpikləyirdilər. Üstəlik, Kristalla gündə bir neçə dəfə təcavüz olunurdu.

İyunun 8-də Kristall pəncərədən çölə baxanda evə poçt maşınının yaxınlaşdığını görür. O, mobil telefonu götürür və poçt maşınına tərəf qaçır. Sükan arxasında poçtalyon İvan Krrstotomo idi.


Xəbərə aid fotolar