Boğulan qızı xilas etməyə çalışan gənclərin özləri yoxa çıxdı


Dünya 06 Avq 2018 10:08:00 279 0

Boğulan qızı xilas etməyə çalışan gənclərin özləri yoxa çıxdı

Türkiyənin Samsun rayonunda dənizdə boğulmaq təhlikəsi ilə qarşılaşan qıza kömək etmək istəyən 2 gənc, qızı xilas etməyə çalışarkən özləri ölümdən dönüb.

Son.az haberler-ə istinadən xəbər verir ki, İsmet Menteş və Samet Kenan (27), qızı xilas etməyə çalışarkən suda bir anda gözdən itiblər.

Digər şəxslərin xəbərdarlığı sonrası hadisə yerinə gələn xilasedicilər, qızı və hər iki gənci sudan çıxara biliblər. Gənclərdən birinin vəziyyətinin ağır olduğu deyilir.