Özbəkistan Post Patrul Xidmətinin rəisi iş kabinetində qətlə yetirilib


Dünya 06 Avq 2018 08:40:00 347 0

Özbəkistan Post Patrul Xidmətinin rəisi iş kabinetində qətlə yetirilib

Özbəkistan Daxili İşlər Nazirliyinin Post Patrul Xidmətinin (DİN PPX) rəisi Dilşod Əkrəmov xidməti idarədəki kabinetində ölmüş vəziyyətdə tapılıb.

Son.az report.az-a istinadən bildirir ki, naməlum şəxs polis əməkdaşının kabinetinə daxil olaraq, onu bıçaqla vurub, ardınca isə cinayət yerindən qaçıb.

DİN-in iddiasına görə, hadisəni törədən şəxs qanun keşikçisinin tanışı ola bilər. Əkrəmov PPX-ua cari ilin iyul ayından rəhbərlik etməyə başlayıb.