Sərnişin təyyarəni qəza çıxışından tərk etmək istəyib


Digərləri 06 Avq 2018 08:26:00 259 0

Sərnişin təyyarəni qəza çıxışından tərk etmək istəyib

Təhlükəsizlik qaydalarını bilərəkdən pozan sərnişin 10 sutkalıq həbs olunub

Çində "Hainan Airlines" aviaşirkətinin sərnişini təyyarənin təcili eniş etməsindən sonra uçmağını gözləməkdən yorulub və qəza çıxışından onu tərk etməyə çalışıb.

Son.az report.az-a istinadən bildirir ki, hadisə barədə yerli "Weibo" sosial şəbəkəsində məlumat yayılıb.

"HU7056" saylı reysi yerinə yetirən təyyarə hava şəraiti ilə əlaqədar olaraq Sıçıuan əyalətinin Çendu şəhərinə eniş etmək məcburiyyətində qalıb. Hadisə gecə saat 2-də baş verib. Dörd saatdan sonra hava gəmisi hələ də Çendu aeroportunun uçuş-eniş zolağında qalıb, sərnişinlər isə nə qədər gözləyəcəklərini bilməyiblər.