"Android" əməliyyat sistemində işləyən ən güclü smartfon hansıdır?


Digərləri 06 Avq 2018 08:21:51 208 0

"Android" əməliyyat sistemində işləyən ən güclü smartfon hansıdır?

“AnTuTu” mütəxəssisləri iyul ayı üçün “Android” əməliyyat sistemində işləyən ən güclü smartfonların reytinqini hazırlayıblar.

Bakı. “AnTuTu” mütəxəssisləri iyul ayı üçün “Android” əməliyyat sistemində işləyən ən güclü smartfonların reytinqini hazırlayıblar. Trend-in məlumatına görə, reytinqin lideri “Xiaomi Black Shark” smartfonu olub (292 977 bal). İkinci və üçüncü yerləri “Oppo Find X” və “Vivo Nex” bölüşdürür.