Arı sancması hansı halda ölümə səbəb ola bilər?


Digərləri 06 Avq 2018 08:07:00 335 0

Arı sancması hansı halda ölümə səbəb ola bilər?

Bakının Binəqədi rayonu, Binəqədi qəsəbəsində bədbəxt hadisə baş verib.

Qəsəbənin korpus 8 ünvanında yaşayan, 1961-ci il təvəllüdlü Nizami Mirzəyevi arı sancıb. Həmin şəxsin ailə üzvləri dərhal təcili yardım çağırıblar. Nizami Mirzəyevi xəstəxanaya çatdırmaq istəsələr də, 57 yaşlı kişi yolda keçinib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

İnsan hansı halda arı sancmasından dünyasını dəyişə bilər? Arının zəhəri insan həyatı üçün təhlükə yarada bilərmi?

Son.az Trend-ə istinadən xəbər verir ki, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, toksikoloq Azər Maqsudov belə hadisələrə nadir hallarda rast gəlindiyini bildirir.