Bakıda əvvəllər bir neçə dəfə intihara cəhd edən şəxs özünü öldürüb


Sosial 06 Avq 2018 05:35:06 343 0

Bakıda əvvəllər bir neçə dəfə intihara cəhd edən şəxs özünü öldürüb

Hadisə Kürdəxanı qəsəbəsində baş verib

Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib.

"Report"un xəbərinə görə, 1955-ci il təvəllüdlü Abbasov Vaqif Allahverdi oğlu Kürdəxanı qəsəbəsində bıçaqla öz qarın boşluğuna zərbə vurub.

O, xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, V.Abbasov çoxlu qan itirərək dünyasını dəyişib.

V.Abbasov bir neçə ay bundan əvvəl arda-arda iki dəfə özünü bıçaqlayıb. Sonuncu dəfə o, bıçaqla ürək nahiyəsinə zərbə vurub. Lakin əməliyyat olunaraq sağ qalıb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.