Marsa köçmək istəyənlərin arzusu puç oldu


Digərləri 06 Avq 2018 03:30:00 306 0

Marsa köçmək istəyənlərin arzusu puç oldu

Qalaktikamızın "Qırmızı planet"i adlandırılan Marsa insan yaşayışı üçün münbit şərait qurmaq işləri davam edərkən bu çərçivədə aparılan bir araşdırma bütün ehtimalları puça çıxarıb.

Son.az xəbər verir ki, NASA-nın dəstəklədiyi bu araşdırmanın nəticəsinə görə, Marsda yaşayışın qurulması düşüncəsi elmi-fantastik fikirdən başqa bir şey deyil.

İnsanoğlunun Marsı yaşana biləcək hala gətirməsi üçün həyata keçirdiyi "dünyalaşdırma siyasəti" sadəcə xəyal olaraq qala bilər. Marsın qütblərindəki buzlaqları əridərək su çıxarmaq planlardan biridir. Digər hədəf isə vulkanik fəaliyyətlərə təsir göstərərək atmosferdə karbon-dioksidin əmələ gəlməsini təmin etmək və beləliklə, planetdə iqlim dəyişikliyini başlatmaqdır. Daha sonra təkhüceyrəli canlıları "Qırmızı planet"ə göndərərək yaradılmış mühitdə həyatlarını davam etdirmələrini təmin etməkdir. Bütün bu mürəkkəb proseslərdən sonra axırıncı mərhələ insanların Marsa köç etməsidir.