2030cu ilə qədər bu xəstəlikdən ölən qadınların sayı 42 faiz artacaq


Digərləri 06 Avq 2018 01:30:00 330 0

2030cu ilə qədər bu xəstəlikdən ölən qadınların sayı 42 faiz artacaq

2030-cu ilə qədər dünyada ağciyər xərçəngindən ölən qadınların sayı 42 faiz artacaq.

Son.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Təşkilat bu məlumatı hazırlayarkən 2008-2014-cü illər ərzində 52 ölkədə ölüm göstəricilərini dəyərləndirib. Araşdırmanı aparan qrupun üzvü Juan Karlos Martines-Sançez bu istiqamətdə səhiyyə mütəxəssisləri və siyasətçilərin ağciyər xərçənginin səhiyyə və iqtisadiyyat üzərindəki mənfi təsirlərini azaltmaq istiqamətində həyata keçirə biləcəyi strategiyalara diqqət çəkib.