Qadın uşağa qoyulan adla razılaşmayaraq atası evinə gedibsə, nə etməlidir?


Digərləri 05 Avq 2018 23:50:00 331 0

Qadın uşağa qoyulan adla razılaşmayaraq atası evinə gedibsə, nə etməlidir?

Ümumən islamda uşağa ad qoymaq məsələsi valideynlərin xüsusən də atanın üzərinə düşən vəzifədir.

Son.az zikr.az-a istinadən bildirir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Uşağa gözəl ad vermək, dinini öyrətmək və vaxtı gələndə evləndirmək, övladın atası üzərindəki haqlarındandır". (Əbu Nuaym). Lakin sizin vəziyyətinizdə  mübahisədən çıxmaq üçün ailə üzvlərinin üzərində ittifaq etdikləri və mənası pis olmayan digər bir adın seçilməsi daha uyğundur. Belə olan halda da artıq qadın Allahdan qorxmalı, verilən qərarla razılaşmalı və boşanma fikrinə düşməməlidir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Hər hansı qadın, heç bir əsaslı səbəb olmadan ərindən boşanma tələb edərsə, cənnətin iyi ona haram olar". (İbn Məcəh, 1672;  Əbu Davud: 6/308, №: 2209; ət-Tirmizi, 2/329, №: 1199). Son.az