Abbasilər xilafəti və onun süqutu


Digərləri 05 Avq 2018 23:10:00 514 0

Abbasilər xilafəti və onun süqutu

Məhərrəm ayının əlamətdar hadisələrindən biri də 500 il müsləman ümmətinə rəhbərlik etmiş Abbasilər sülaləsinin süqutudur.

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, zülm və xəyanətlə hakimiyyətə gələn Əməvilər Kərbəla hadisəsindən sonra müsəlman ümmət ilə üz-üzə qaldı. Bu da onların ömrünün az olmasına səbəb oldu. Əlində olan hərbi güclə Aşuradan sonra ancaq 71 il mövcud ola bildilər. Ölkənin hər yerində qiyamlar və iğtişaşlar baş qaldırdı.

Bu hərəkatlardan biri də nəsli Peyğəmbərin (s) əmisi Abbasa gedib çıxan Abbasılərin qiyamı idi. Beləcə miladi 750-ci ildə Səffah kimi tanınan Əbul Abbas Abdullah Xorasaninin hakimiyyəti ilə Abbasilər xilafətinin əsası qoyuldu.

Abbasilər hələ hakimiyyət əldə etməmişdən qabaq müsəlmanları Əhli Beytin qisasını almağa təşviq edir, özlərini Peyğəmbər (s) ailəsinə nisbət verirdilər. Əməvilərin zülmündən cana doymuş əhali də Abbasilərin bu sözünə güvənib onların beyəti altında Əməvilərin süqutunu tezləşdirdilər.