Azərbaycanda çoxuşaqli ailələr


Digərləri 05 Avq 2018 23:05:00 257 0

Azərbaycanda çoxuşaqli ailələr

Əvəllər 9-10 uşağa sahib olmaq qürurverici idisə, indi buna gülünc bir hadisə kimi yanaşırlar. Əksər müasir valideynlər bir qız və bir oğlan övladının olmasını planlaşdırır. "Beş uşaq? Çox uşaq nəyə lazımdır?" deyən ana və ataların sayı indi daha çoxdur. Səbəb nədir? Niyə valideynlər çox uşaq istəmirlər?

Son.az gencaile.az-a istinadən bildirir ki, psixoloq Vəfa Rəşidova bildirdiyinə görə, bu gün Azərbaycanda ailə dəyərləri, ailə institutu zəifləyib: "İllər öncə ailədə bir uşaq olardısa, o ailəyə kəm baxardılar. İndi isə biruşaqlı ailələrə daha çox müasir, böyük dünyagörüşü olan ailə kimi baxırlar".

V.Rəşidova hesab edir ki, nümayiş etdirilən tele-serialların da ailə institutları, ailə modelləri, ailə strukturunun dəyişməsində rolu var: "Seriallar insanlara həddindən artıq təsir edir, onların həyata baxış bucaqlarını dəyişir. Bizim üçün ailə dəyərləri çox önəmli olduğu halda seriallar insanların sanki emosiyalarını soyudur".

Onun fikrincə, ailədə tək uşağın olmasının kökü hiper qoruyan analardadır. Onlar "bir uşağım olsun, onun üçün hər şey edim" düşünənlərdir. "Müasir ailə obrazının daxilinə girsək, bir çox problemlərin olduğunu görərik. Terapiya zamanı ailə modellərini öyrənmək üçün sual verirəm ki, bəs ailə üzvləriniz kimdir? Sual verərkən "Bizim ailə çox müasir ailədir" deyir. Sual verirəm ki, müasir ailə sizin üçün nə deməkdir? Cavab verir: "Həyat yoldaşım, mən və bir uşaq. Başqa heç kim yoxdu". Amma illər öncə biz bunu görmürdük. Biz deyirdik ki, "Biz çox böyük və mehriban ailəyik. Bizim ailəmizdə nənə, baba, iki - üç uşaq var".