Kosmosdan Yer kürəsinə gizli radiosiqnallar gəldi


Digərləri 05 Avq 2018 22:38:00 313 0

Kosmosdan Yer kürəsinə gizli radiosiqnallar gəldi

Kanadada yerləşən CHIME teleskopu tərəfindən dərin kosmosda qaynağı bəlli olmayan radiosiqnal qeydə alınıb.

Son.az publika.az-a istinadən xəbər verir ki, 12 milyon funt-sterliqn qiyməti olan teleskop vasitəsilə qeydə alınan siqnalların haradan gəlməsinə dair araşdırmalar başladılıb.

"Fast Radio Burst" adı verilən siqnal yadplanetlilərin varlığına inanan hər kəsdə həyəcan yaradıb. "Fast Radio Burst" bu günə qədər kosmosdan 700 hersdən aşağı, yəni ən az tezliklə gələn ilk siqnal olub. Mütəxəssislər siqnalın mənbəyinin olduqca güclü bir cisim olduğunu düşünür.