Dünyadan köçmüş insana iftira atılarsa, bu, onun günahlarına kəffarə ola bilərmi?


Digərləri 05 Avq 2018 22:40:00 407 0

Dünyadan köçmüş insana iftira atılarsa, bu, onun günahlarına kəffarə ola bilərmi?

Diri və ya ölü əgər onun barədə qeybət, nəmmamlıq edilərsə, üzərinə böhtan atılarsa, bu, qul haqqı sayılır. Hər bir zülm edilmiş bəndə də qiyamət günü haqqına girən (zülm edən) adamlardan öz haqqını tələb edə biləcək. Bu, zalımın savablarının məzluma verilməsi və ya məzlumun günahlarının zalıma yüklənməsi şəklində olacaq.

Son.az zikr.az-a istinadən bildirir ki, həmçinin ölüləri yaxşılıqla xatırlamaq lazımdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Ölülərinizi həmişə yaxşılıqla yad edin və onların haqqında pis söz danişmaqdan çəkinin!" (ət-Tirmizi "Cənaiz", 34). Hər hansı bir müsəlman qul ölərsə və yaxın qonşularından üç ev camaatı onun yaxşılığına şahidlik edərsə, Allah da belə buyurar: "Mən bu bəndələrimin öz bildikləriylə əlaqəli olaraq etdikləri şahidliyi qəbul etdim və (onların bilməyib) mənim bildiyim şeyləri (qulumun qüsurlarını da) bağışladım". (İmam Əhməd, 2/384-408). Ənəs (Allah ondan razı olsun) demişdir: "Bir gün səhabələrin yanından keçən bir cənazə haqqında tərifləlayiq ifadələr söylədilər. Bunun üzərinə peyğəmbərimiz "vacib oldu" deyə buyurdu. Sonra başqa bir cənazənin yanından keçdilər və onun haqqında pis sözlər söylədilər və bunun üzərinə peyğəmbərimiz yenə "vacib oldu" buyurdu. Ömər (Allah ondan razı olsun), "Ya Rəsulullah! Vacib olan nədir?" deyə soruşduqda, peyğəmbərimiz "Bunu xeyirlə yad etdiniz, ona cənnət vacib oldu; bunu da pisliklə yad etdiniz ona da atəş (cəhənnəm odu) vacib oldu. Siz Allahın yer üzündəki şahidlərisiniz" - deyə buyurdu. (əl-Buxari "Cənaiz", 86).