İnsanların həftələrlə etdiklərini bir neçə gündə etmək


Digərləri 05 Avq 2018 22:25:00 310 0

İnsanların həftələrlə etdiklərini bir neçə gündə etmək

Hamımız hədəflərimizə çatmaq üçün çox çalışmağımızın lazım olduğunun fərqindəyik. Biznes dünyasında və sahibkarlıqda uğur əldə etmək üçün həftələrimizi, aylarımızı hətta illərimizi fəda etməyimizin lazım olduğunu da tez-tez deyənlər var. Bəs, hamımız səhv yolla gediriksə? Böyük bir işi etmək üçün tələb olunan vaxtı yarıya endirmək mümkündür? İmkansız görünsə də, kiçik bir vərdiş ilə edə bilməyəcəyimiz şey yoxdur.

1) 80/20 Qaydasını tətbiq edin

Son.az bizplus.az-a istinadən bildirir ki, Pareto Prinsipi - daha məhsuldar ola bilmək üçün nəyə fokuslanmağımız lazım olduğu məsələsində bizə köməklik edən universal bir qaydadır. Prinsipi belə açıqlaya bilərik: əldə etdiyiniz nəticələrin 80%-i əməyinizin 20%-lik qismindən gəlir. Məsələn, biznes dünyasında əldə etdiyiniz gəlirin 80%-ni müştərilərinizin 20%-dən qazanırsınız. Bu da o deməkdir ki, gündəlik tapşırıqlarınızın beşdə dördü daha az önəmli və aşağı məhsuldarlıqda olan işlərdir.

20%-lik hissəyə fokuslanmaqla vaxtın idarə edilməsini inkişaf etdirəcəksiniz. Əsas işləri bitirdikdən sonra qalan hissəyə keçin. Bir şeyi etmədən öncə özünüzə o işin hansı hissədə olduğunu soruşun.

Eyni zamanda "Həyatınızın yüzdə doxsanını necə xilas edə bilərsiniz?" adlı məqaləyə də göz ata bilərsiniz.

2) Böyük işləri görmək üçün daha kiçik parçalara ayırın.

İşləri mütəmadi ertələməyimiz ağır yükün altında qaldığımızı hiss etdiyimizdə baş verir. Böyük proyekti başlamaqdan qaçarıq, çünki gözümüzü qorxudur və necə öhdəsindən gələcəyimizi xəyal belə edə bilmərik. Böyük işlərlə məşğul olmayın; onları daha kiçik, idarə edilə bilən parçalara bölün və masaya hər oturduğunuzda bir şeyi bitirməyin dadını çıxarın.

Özünüzə 20 dəqiqə ayırın və bu vaxt bitənə qədər diqqətinizi dağıtmayın. Nə qədər çox şeyi bitirdiyinizə inana bilməyəcəksiniz!

3) Bacarıqlarınıza fokuslana bilmək üçün işlərinizi başqalarına ötürün

Çoxlarımız kiçik bir sahədə peşəkar və geri qalan digər sahələrdə orta səviyyədəyik. Vaxtın idarə edilməsinin ən yaxşı üsullarından biri ən güclü olduğunuz sahəyə fokuslanmağınızdır. Əgər bacarırsınızsa, peşəkar olmadığınız işləri bu işi bacaran şəxslərə ötürməyə çalışın.

Veb sayt yaratma, kontent yazma, dizayn kimi işlərdə kənardan köməklik əldə etmək olduqca rahatdır. Başqalarını işlərinizə daxil etməkdən çəkinməyin.

4) Təbii ritminizi tapın

Günün hansı vaxtında daha enerjili və daha kreativsiniz? Effektiv və məhsuldar ola bilmək üçün enerjinizi idarə etmək son dərəcədə önəmlidir. Bioloji saatınızı tapmağa çalışın. Önəmli tapşırıqları həvəsli və enerjili olduğunuz saatlarda edin.