Kişi öz həyat yoldaşına 2 dəfə talaq deyibsə, qadın nə etməlidir?


Digərləri 05 Avq 2018 21:50:00 346 0

Kişi öz həyat yoldaşına 2 dəfə talaq deyibsə, qadın nə etməlidir?

Əgər kişi qadına ciddi şəkildə boşamaq niyyəti ilə talaq veribsə, artıq bu, boşanma sayılır.

Son.az zikr.az-a istinadən bildirir ki, boşanmış qadın isə başqa kişiyə ərə getmədən iddə müddəti gözləməlidir. İddə müddəti qadının üç dəfə heyz olub qurtarmasını gözləməsinə deyilir. İddə müddəti bitmədən qadınla kişi arasında yaxınlıq (cinsi əlaqə) olarsa, nikah bərpa olunmuş sayılır. Ancaq bununla belə bu, artıq birinci talaq sayılır. İddə müddəti bitənə qədər arada yaxınlıq olmasa, kişi ilə qadın artıq ayrılmış sayılırlar, amma istəsələr yenidən evlənə bilərlər. Bu halda yenidən kəbin olmalı, qadının vəlisinin razılığı, şahidlərin iştirakı, qadına mehr verilməsi və nikahın digər şərtləri yerinə yetirilməlidir. Qadınla kişi arasında talaq və daha sonra barışıq yalnız iki dəfə ola bilər. Üçüncü dəfə boşandıqdan sonra yenidən evlənmələri haramdır, yalnız qadın başqa kişiyə ərə gedib boşandıqdan sonra yenidən əvvəlki kişiyə ərə gedə bilər. Sizin halınızda da, 3-cü dəfə talaq deyilsə, yenidən barışmağınız haram olacaq. Son.az