Peyğəmbərin buyurduğu müalicəvi vasitələr


Digərləri 05 Avq 2018 21:55:00 218 0

Peyğəmbərin buyurduğu müalicəvi vasitələr

Elə bir insan tapılmaz ki, həyatı boyu hər hansı bir xəstəlik keçirmiş olmasın. Hətta Uca Allahın ən sevimli bəndələri olan peyğəmbərlər də xəstəliklərə məruz qalmışlar. Qurani Kərimdə Uca Allah Əyyub peyğəmbərin ağır xəstəliyə tutulması, səbir göstərərək xəstəliyə sinə gəlməsi və uzun illərdən sonra duasını qəbul edib şəfa verməsi haqda danışır. Uca Allah buyurur: "Əyyubu da yada sal! Bir zaman o, Rəbbinə yalvarıb demişdi: "Mənə, həqiqətən də, bəla düçar olubdur. Sən rəhmlilərin ən rəhmlisisən!" (əl-Ənbiya, 83). Son.az zikr.az-a istinadən bildirir ki, Muhəmməd peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - müəyyən xəstəliklər keçirmişdir. Rəvayət edilir ki, Abdullah ibn Məsud demişdir: "Peyğəmbər ağır xəs­tə­ləndiyi zaman mən onun yanına gəldim və baxdım ki, o, qızdırma için­də yanır. Dedim: "Ya Rəsulullah, sən qızdırma içində yanırsan! Yəqin bu, sənin iki qat savab qazanmağın üçündür?" O dedi: "Düzdür, başına müsibət gəl­miş elə bir müsəlman yoxdur ki, Allah, ağacın yarpaqları töküldüyü ki­mi, onu günahlardan təmizləmiş olmasın." (əl-Buxari, 5647). Uca Allah öz lütfü və mərhəməti sayəsində hər bir xəstəliyin şəfasını nazil etmişdir. Peyğəmbər demişdir: "Allah elə bir xəs­tə­lik nazil etməmişdir ki, onun şəfasını nazil etmiş olmasın." (əl-Buxari, 5678). Peyğəmbərin səhih hədislərində bir çox xəstəliklərin müalicə üsulları barəsində məlumatlar rəvayət edilir. Biz burada Peyğəmbərin insanlara buyurduğu bəzi müalicəvi təbii vasitələr haqqında aşağıdakıları nəzərinizə çatdırırıq:

Balla müalicə Uca Allah buyurur: "Rəbbin bal arısına belə təlqin etdi: "Dağlarda, ağaclarda və insanların düzəltdikləri çardaqlarda özünə pətəklər hör. Sonra bütün meyvələrdən ye və Rəbbinin səndən ötrü asanlaşdırdığı yollarla get". O arıların qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır" (ən-Nəhl, 68-69).       Əbu Səid rəvayət edir ki, bir dəfə bir nəfər Peyğəmbərin yanına gəlib dedi: "Qardaşımın qarnı bərk ağrıyır." Peyğəmbər: "Ona bal içirt!"- dedi. Çox keçmədən həmin adam bir də Peyğəmbərin yanına gəldi və Pey­ğəm­­bər yenə: "Ona bal içirt!"- dedi. Adam üçüncü kərə Peyğəmbərin ya­nına gəldi və o bu dəfə də: "Ona bal içirt!"- dedi. Axırda həmin adam de­di: "Mən sən deyəni elədim, (amma onun qarnının ağrısı kəsmədi ki, kəs­mə­di)." Peyğəmbər buyurdu: "Allah doğru söylədi, qardaşının qarnı isə yalançı çıxdı. Sən yenə ona bal içirt." Bundan sonra o, qardaşına bal içirt­di və qardaşı sağaldı." (əl-Buxari, 5684).

Qaraçörək (və ya qara zirə) otu ilə müalicə Aişə demişdir: "Mən Peyğəmbərin belə dediyini eşit­mişəm: "Bu qara zirə samdan başqa hər bir xəstəliyin dərmanıdır." Mən: "Sam nədir?"- deyə soruşdum. O: "Ölümdür!"- dedi." (əl-Buxari, 5687).