Pompeo İranı "terrorçuluğun böyük sponsoru" adlandırıb


Dünya 05 Avq 2018 21:42:00 315 0

Pompeo İranı "terrorçuluğun böyük sponsoru" adlandırıb

Amerika lideri Donald Tramp iranlı həmkarı Həsən Ruhani ilə danışıqlar aparmağa hazırdır, lakin İran öz kursunu dəyişəcəyinə sadiq olmalıdır.

Son.az "Report"a istinadən bildirir ki, bunu Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeo "Metro" TV-yə müsahibəsində deyib.

"Onlar dünyada terrorçuluğu maliyyələşdirən böyük dövlətdirlər. Amerikanın etmək istədiyi məhz budur - İranı bu fəaliyyətindən daşınmağa məcbur etmək. Biz İran rejiminin öz davranışlarında dəyişiklik etməyə nail olmağa çalışırıq", - deyə diplomat bildirib.