Mütəal Allahın Quranı təlim edənə və təlim alana verəcəyi əcr


Digərləri 05 Avq 2018 21:45:00 276 0

Mütəal Allahın Quranı təlim edənə və təlim alana verəcəyi əcr

Qurani Kərim Allah Təalanın Rəsuluna (s) göndərdiyi kitabdır. Quran oxumaq, öyrənmək, öyrətmək hər kəsə vacibdir. Qurani Kərim fiqhi, əxlaqi, tarixi, əqli, əqidəvi və bir çix mövzuları özündə ehtiva edir. Bütün bunlar insanın hidayətinə, doğru yolda olmasına xidmət edir. Yəni Quranın hədəfi insanın hidayətidir.

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, Quran insanı iki sahədə- elmi və mənəvi sahədə bəhrələndirir. Yəni insanı təlim etməklə bərabər ona mənəvi qida da verir. Bunlar da insanın hidayəti və mənəvi təkamülündə ən mühüm amildir. Quran oxuyan insan həm elm, həm də mənəviyyat kəsb edir. Bu səbəbdən hədislərdə Quranı təlim alan və öyrədən mədh edilmişdir.

Allah Rəsulu (s) buyurub: Kim bir kəsə Quran öyrətsə onun ağasıdır.

Peyğəmbər (s) buyurub: Kim Quranı öyrənə və öyrədə, sonra ona əməl edə, mən ona cənətə girməyə bələdçi olaram.