Hikmət və mərifətlərlə zəngin “Səhifeyi Səccadiyyə”


Digərləri 05 Avq 2018 21:10:00 372 0

Hikmət və mərifətlərlə zəngin “Səhifeyi Səccadiyyə”

Səhifeyi Səccadiyyə İmam Zeynul Abidinə (ə) məxsus olan, İlahi hikmət və mərifətlə zəngin olan bir kitabdır. Kitab insanın elm, əxlaq və mənəviyyatında xüsusi yerə malik olduğu üçün müsəlmanlar tərəfindən böyük rəğbətlə qarşılanır. Bu səbəbdən insanlar bu kitaba müxtəlif adlar vermişlər. Bunlardan "Uxtul-Quran" (Quranın bacısı), Ali Muhəmmədin (s) Zəburu, "Kamil Səhifə" və bu kimi digər gözəl adları qeyd etmək olar.

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, bu kitabda İmam Səccada  (ə) məxsus 54 dua və münacat mövcuddur. Bu dualar insana dua ədəbini, müəyyən mövzuların əhəmiyyətini, diqqət olunmalı əhəmiyyətli mətləbləri öyrədir. Bu səbəbdən Quran və Nəhcül-bəlağədən sonra üçüncü dəyərli  kitab hesab olunur.

Bu kitab təkcə dua kitabı deyil həmçinin maarif kitabı da hesab olunur. Çünki kitabda Allah Təalanı müxtəlif ad və sifətlərlə çağırır, Onun qüdrət və hikmətinə işarə edir, Peyğəmbərin (s) risalət məsələlərinə toxunur, bunlarla yanaşı elmi, siyasi, əqidəvi, əxlaqi, fiqhi, tibbi və bir çox məqamları işıqlandırır.